Bloqqer milyonluq baxış olan videoya görə saxlanılıdı

Dağıstanda polis bloqqer Səid Şahbanovu toy kortejində xuliqanlıq etdiyinə görə saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, yolda avtomobillərin üstünə tullanan bloger internetdə yayılan videoya düşüb.

Monitorinq zamanı polis videonu görüb və Şahbanova qarşı 8 inzibati protokol tərtib edib.

Kadrlarda bloggerin maşından qaçaraq başqa maşının kapotuna tullanaraq salona qayıtdığı və qəfildən havaya qalxdığı görünür.

Şahbanovun videosu internetdə təxminən 25 milyon baxış toplayıb. Hüquq-mühafizə orqanları onun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə qərar verəcək.

Qeyd edək ki, avqustun 19-da Krasnodarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət maddəsi ilə axtarışda olan bloger Andrey Sidoropulonu saxlayıblar.

 

 

Günel

Gununsesi.info