BMT bəşəriyyətə qarşı cinayətlərin qarşısını ala bilmir

  • By ilhame
  • 25 Yanvar 2024 22:33

Türkiyə Qəzzada axan qanın dayandırılması, humanitar yardımların fasiləsiz və maneəsiz çatdırılması, 1967-ci il sərhədləri əsasında ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində israrlı və qətiyyətli mövqeyini davam etdirəcək.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

 

İsrailin Qəzzada qırğınları davam etdirməsinin bölgədə sülh və təhlükəsizlik mühitinin və tarazlığın bərpa edilməyəcək şəkildə pozulmasına, o cümlədən münaqişənin çoğrafiyasının böyüməsinə səbəb olacağı qeyd edilib.

 

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, mövcud sistemin artıq bəşəriyyətə qarşı cinayətlərin qarşısını ala bilmədiyi vurğulanıb.

Gununsesi.info