BMT baş katibi Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.
Gununsesi.info xəbər verir ki, sənədin lehinə 153 ölkə səs verib, 10 ölkə əleyhinə, 23 ölkə bitərəf qalıb.
Qətnamə layihəsi Misir tərəfindən irəli sürülüb və Türkiyə də daxil olmaqla 100-ə yaxın ölkə təqdim edib.
Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua-Yeni Qvineya, Paraqvay və ABŞ sənədin əleyhinə səs verib.
Qətnamədə BMT Nizamnaməsinə və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən Fələstinlə bağlı qəbul edilmiş bütün qətnamələrə istinad var.
Sənədin müəllifləri bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində, ilk növbədə, mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıblar.
Qətnamə həmçinin bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini və humanitar yardıma çıxışı tələb edir.
Gununsesi.info