BMT Baş katibi Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirdi

  • By arzu
  • 21 Sentyabr 2023 15:12

BMT-nin Baş katibi Antonio Qutyereş ali qurumun 78-ci Baş Assambleyasının toplantısı çərçivəsində Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüş keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qutyereş Mahmud Abbasdan işğal altındakı Fələstin torpaqlarındakı son durum və İsrailin “gərginliyi çoxaltması” ilə bağlı bilgi alıb.

BMT-dən Fələstin xalqına qarşı məsuliyyətini yerinə yetirməsini istəyən Abbas Fələstin xalqının beynəlxalq ordu tərəfindən qorunması, beynəlxalq qərarların icra edilməsi, İsrailin imzaladığı anlaşmalara əməl etməyə məcbur edilməsini və təktərəfli addımlarını dayandırmasını tələb edib.

Qutyereş isə Fələstin məsələsinin həllinə və BMT Baş katibliyi dönəmi tamamlanmadan Fələstinin BMT-də tam üzv statusunu əldə edəcəyinə ümid etdiyini bildirib.

BMT Baş katibi oktyabr ayının sonunda Fələstinə səfər etməyi planlaşdırdığını söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info