Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, Covid-19 epidemiyasından dərslər alınmalıdır: “Növbəti epidemiya baş verəndə daha yaxşı işləməliyik. Bununla belə, etiraf edirik ki, növbəti epidemiyaya hazır deyilik”.
Gununsesi.info bildirir ki, Quterreş “Beynəlxalq Pandemiyaya Hazırlıq Günü” münasibəti ilə yazılı açıqlama verib.
Baş katib qeyd edib ki, Covid-19 problemi artıq beynəlxalq səhiyyə sahəsində bu qədər aktuallıqla nəzərdən keçirilməsə də, onun dağıdıcı nəticələri hələ də davam edir. Quterreş əlavə edib ki, epidemiyanın iqtisadi nəticələri də davam edir.
O xatırladıb ki, səhiyyə sistemləri ciddi problemlərlə mübarizə aparır və inkişaf etməkdə olan ölkələrdə milyonlarla insanın vaksinlərə çıxışı yoxdur.
“Növbəti pandemiya gələndə daha yaxşı işləməliyik. Bununla belə, növbəti epidemiyaya hazır olmadığımızı etiraf edirik”, – Quterreş əlavə edib.
Quterreş vurğulayıb ki, Covid-19 epidemiyasından lazımi dərslər çıxarmaq və müvafiq tədbirlər görmək lazımdır.
BMT rəhbəri səhiyyə sistemlərini gücləndirməyə çağırıb. Onun fikrincə, zəngin ölkələr resurslara və müalicələrə nəzarət etmək və yığmaq meylindən əl çəkməlidir.
27 dekabr 2020-ci ildə BMT Baş Assambleyası COVID-19 pandemiyasından dərs almaq və gələcək epidemiyalara hazırlaşmaq üçün qətnamə qəbul edib.
Həmin qərara əsasən, dekabrın 27-si “Beynəlxalq Pandemiyaya Hazırlıq Günü” elan edilib.
Gununsesi.info