BMT baş katibindən prezidentlərin görüşünə reaksiya:"ALQIŞLAYIRAM"

BMT baş katibindən prezidentlərin görüşünə reaksiya:

qutteris

BMT-nin baş katibi Antoniu Qutteriş oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.

Gununsesi.info xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib. 

Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləməklə yanaşı, buna sevinir. 

“BMT Baş katibi  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib. Baş katib  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri prezidentlərin son görüşündə yaranmış müsbət dinamikasından istifadə etməyə çağırıb”- deyə Düjarrik bildirib.  

Mürtəza 

Gununsesi.info

COMMENTS