BMT baş katibinin müavini: “Xəstəxanalar döyüş meydanı deyil”

  • By admin
  • 15 Noyabr 2023 16:03

BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Qriffits Qəzza zolağında “Şifa” xəstəxanasına hərbi basqın edilməsi xəbərindən sarsıldığını bildirib.

Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkədə “Xəstəxanalar döyüş meydanı deyil” yazıb.

Qriffits vurğulayıb ki, yeni doğulmuş körpələrin, xəstələrin, tibb işçilərinin və bütün mülki şəxslərin müdafiəsi bütün digər qayğılardan üstün olmalıdır.

Çərşənbə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük tibb müəssisəsi olan “Şifa” xəstəxanasına basqın edib.

Gununsesi.info