BMT Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”

  • By ilhame
  • 02 Yanvar 2024 23:04

BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto Ninyo deyib.

 

“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, – o, Beyrutdakı partlayışı şərh edib.

 

Xatırladaq ki, Livan KİV-in yaydığı məlumata görə, yanvarın 2-də İsrailə məxsus dron Beyrutun şəhərətrafında HƏMAS-ın qərargahına zərbələr endirib. Nəticədə HƏMAS-ın yüksəksəviyyəli nümayəndəsi zərərsizləşdirilib.

 

Gununsesi.info