
BMT terror təhlükəsi ilə bağlı olaraq ofislərinin təhlükəsizlik sistemini gücləndirib
BMT Cenevrədəki ofisinin təhlükəsizlik tədbirlərini gücləndirib. Gununsesi. info BMT-nin yaydığı press-relizə istinadən xəbər verir ki, buna səbəb son dövrlərdə Avropa və İsveçrədə terror təhlükəsinin artması ilə əlaqədardır.
Təşkilatın yaydığı məlumatda bildirilir ki, artıq iyunun 22-dən etibarən Cenevrədəki ofisə buraxılış ancaq seçmə yolla olacaq. Ofisin yerləşdiyi əraziyə buraxılış qaydaları sərtləşdiriləcək.