İran lideri İbrahim Rəisi 19 sentyabrda BMT Baş Assambleyasındakı çıxış etməyə hazırlaşarkən minlərlə azadlıqsevər İrandan olan və “Xalq Mücahidləri Təşkilatı”nın (XMT) dəstəkçiləri fərqli bir mesaj vermək üçün ali qurumun ana binası qarşısında toplaşıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onlar Rəisinin İran xalqını təmsil etmədiyini söyləyirlər.
“O, bunu haqq etmir. Bir qatildir, mühakimə edilməsi gərəkdir”, etirazçılar bildirirlər .
Nümayişçilər qətlə yetirilən qurbanların foto-portretlərini daşıyıblar. Onlar İran Milli Dirəniş Şurası (İMDŞ) və 10 maddəlik planındakı İMDŞ-nin başçısı Məryəm Rəcavinin 10 maddəlik kosepsiyasına xatırlatma edən “İranın bir alternativi var” yazılan böyük pankart sərgiləyiblər. Bir neçə saatlıq toplantıda İranın “dirəniş üzvləri” və dəstəkçiləri ilə yanaşı, Amerika siyasətçiləri, deputatları və haqq aktivistlərinin çıxışları yer alıb. Məryəm Rəcavi toplantı üçün göndərdiyi video mesajında “Bu gün BMT-nin ən çirkin və qaranlıq günlərindən biridir. Çünki molla rejiminin qanına susamış başçısı oradadır. Bu olay, açıq şəkildə BMT-nin varlıq səbəbi ilə ziddiyət təşkil edir. İran xalqına yönələn bir həqarətdir”, deyib.
Rəcavi Rəisinin əllərinin XMT üzvləri və 1988-ci ildə qətlə yetirilən digər savaşçı məhkumları da daxil olmaqla, minlərlə adamın qanına bulandığını vurğulayıb.
“O, insanlığa qarşı işlədiyi cinayətlərdən məsul tutulmalıdır”.
Rəcavi video çıxışında Dirəniş Birliklərinin cəhdləri ilə heç bir şeyin rejimi xilas edə bilməyəcəyini söyləyib. Qərbin onlara nağd pul vermək və tutulan casusları və terrorçuları təslim etmək də daxil olmaqla, rejimin əl-qol açmasına imkan yaratmağa son verməsini açıqlayıb.
“İran xalqının və dirənişinin rejimi devirmək, azadlıq və demokratiyasını qurmaq üçün heç bir hökumətdən və ya gücdən yardım istəmədiyini vurğulamalıyam”, Rəcavi deyib.
Rəcavi tək istəklərinin Qərbdəki və Şərqdəki hökumətlərdən bu cani rejimə yardım etməyi tərk etmək olduğunu dilə gətirib.
Mitinqdə çıxış edən Senator Robert Torricelli də BMT-nin Rəisiyə ev sahibliyi etməsini qınayıb.
“Eşidəcəyiniz səs İran çapında minlərlə adamın öldürülməsi əmrini verən səsi eynisidir. Onları öldürən onun səsi idi. Rəisinin kim olduğunu anlayın. O qatildir”.
Senator Toricelli İran xalqının öz başçılarını seçə biləcəyini, azad danışa biləcəyini, qonşuları ilə barışıq içində ola biləcəyi, böyük İran millətinin ənənələrinə sadiq bir dövlət istədiyini vurğulayıb.
Senator Cozep Lieberman Rəisinin törətdiyi “cinayətlərdən dolayı”, BMT Baş Assambleyasının yerinə, Beynəlxalq Ədalət Məhkəməsinə göndərilməsinin lazım olduğunu söyləyib.
Lieberman İran xalqının rejimə qarşı dirəniş haqqının tanınmasının gərəkli olduğunu vurğulayıb.
Tərcümə: Arzu