Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail əsgərlərinin Qəzzada qadın alt paltarında ələ keçirdikləri evlərdə lentə aldıqları və yayımladığı görüntülərin araşdırılmasının gərəkli olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərin sualına cavab verərkən deyib.
“Beynəlxalq Qadınlar günü yaxınlaşdıqca, Qəzzada getdikcə genişlənən və narahatedici tendensiyanı diqqətinizə çatdırmaq istərdim. İsrail əsgərləri Qəzzada ələ keçirdikləri evlərdə fələstinli qadınların alt paltarlarını nümayiş etdirən qəribə videolar çəkərək sosial şəbəkələrdə yayımlayırlar. Onlar törətdikləri ölüm və dağıntıya sözün əsl mənasında istehza edirlər. Buna reaksiyanız necədir?” sualına cavab verib.
Bu görüntülərdən bəzilərini izlədiyini ifadə edən Dujarrik bu görüntülərin “çox narahat edici” olduğunu bildirib. “Sözügedən görüntülərin araşdırılması lazımdır”, – deyə Dujarrik əlavə edib.
İsrailin işğal altındakı İordan çayının qərb sahilində 3500 yeni qeyri-qanuni iqamətgahın tikintisinə razılıq verməsi ilə bağlı Düjarrik BMT-nin yaşayış məskənlərinin inşası ilə bağlı mövqeyinin dəyişmədiyini və bu yaşayış məntəqələrinin beynəlxalq hüquqa görə qeyri-qanuni olduğunu qeyd edib.
Dujarrik qeyd edib ki, yaşayış məntəqələri iki dövlətli həll variantını da baltalayır.
Israeli soldiers film themselves with Palestinian’s private belongings
An Israeli soldier mockingly holds a woman's night dress found in a Palestinian home raided by the Israeli military in Gaza.
Israeli soldiers have been notorious to steal Palestinian belongings, mock their… pic.twitter.com/kOLexm3jka
— Middle East Monitor (@MiddleEastMnt) March 6, 2024
Gununsesi.info