İsrailin davam etdirdiyi insan qətliamlarına dair BMT-dən hesabat açıqlanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı İsrailin 2023-cü ildən bəri 112 fələstinlini qətlə yetirdiyini bildirib.
İsrail qətliamları, əsasən Qərbi Şəriə və Şərqi Qüdsdə törədib.
Hesabatda öldürülənlər arasında qadınların, qocaların və uşaqların olduğu vurğulanır.
İsrail silahları ilə vurularaq yaralı edilənlərin sayı isə, 4229 nəfər olub.
Sənəddə fanatik yəhudilərin fələstinlilərə qarşı hücumların artdığı bildirilir.
Tərcümə: Arzu Sayadoğlu