BMT-dən Karlovun ölümünə reaksiya

  • By admin
  • 19 Dekabr 2016 22:20

bmt

 

Birləşmiş Millətlər Təşkilatı Ankarada Rusiya səfirinə edilən hücumu pisləyib.

Gununsesi.info “Testar”a istinadən xəbər verir ki, bu haqda məlumatı BMT Baş katibinin müşaviri Stefan Dujarrik verib: “Biz Türkiyədə Rusiya səfirinə qarşı edilən silahlı hücumu pisləyirik. Diplomat və ya səfirlərə olunan hücumlara heç bir bəraət qazandırmaq olmaz”

Xatırladaq ki. bu gün Ankarada Rusiya səfiri Andrey Korlov silahlışəxsin hücumuna məruz qalıb. XİN-nin yaydığı məlumata görə, o aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Gununsesi.info