BMT-dən Rusiya AÇIQLAMASI: uzun müddətdir ki...

  • By admin
  • 19 Mart 2022 16:00

Rusiya uzun müddətdir ki, beynəlxalq hüququ pozaraq bioloji silah proqramını dəstəkləyir. 

Gununsesi.info xəbər verir ki, bu barədə bir sıra ölkələrin – ABŞ, Albaniya, Fransa, Norveç və Böyük Britaniyanın bəyanatında deyilir.

BMT Təhlükəsizlik Şurası martın 18-də, Rusiya işğalı başlayandan bəri ikinci dəfə Rusiyanın təşəbbüsü ilə Ukraynada guya ABŞ Departamentinin nəzarəti altında “hərbi-bioloji proqram” həyata keçirildiyi iddia edilən biolaboratoriyaların mövcudluğunu müzakirə etmək üçün toplanıb.

“Biz ictimaiyyəti məlumatlandırmalıyıq, beynəlxalq hüququ pozaraq bioloji silah proqramına uzun müddət dəstək verən Moskvadır, Ukrayna deyil. Və bu mənasız müharibəyə də məhz Moskva başladı”, – bəyanatda qeyd olunur.

Bundan əvvəl Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə edə biləcəyi barədə məlumat yayılmışdı.

Gununsesi.info