
2030-cu ilə qədər 600 milyon insanın xroniki aclıqla üzləşəcəyi bildirilib.
Gununsesi.info xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Paris İqlim Sazişinə uyğun olaraq aclığa və qida çatışmazlığının bütün formalarına son qoymaq üçün “Qlobal Yol Xəritəsi” prosesinə start verib.
Qərargahı Romada olan FAO-nun verdiyi açıqlamada Parisdə müəyyən edilən insanların yaratdığı istixana qazları emissiyalarının yaratdığı qlobal temperatur artımının 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması məqsədi ilə aclıq və qida çatışmazlığına son qoymağı hədəfləyən “Qlobal Yol Xəritəsi”nin hazırlanması prosesi 2015-ci ildə imzalanan İqlim Sazişin başladıldığı bildirilib . Məlumat verilib ki, “Yol xəritəsi”nin hazırlanması prosesinə başlanılıb.
“2030-cu ilə qədər 600 milyon insanın xroniki aclıqla üzləşdiyi və artan qlobal iqlim böhranı ilə bu yol xəritəsi transformativ dəyişikliklərə çağırır”, – deyə açıqlamada vurğulanıb
Bundan əlavə, bildirilib ki, Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransında izah edilən qida sistemləri və iqlimin uzlaşdırılmasına dair yol xəritəsində təmiz enerji, balıqçılıq , qida tullantıları, meşə və bataqlıqlar, sağlam qidalanma, heyvandarlıq, torpaq və su kimi 10 fərqli sahədə 120 tədbir nəzərdə tutulub.
Gununsesi.info