Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin “humanitar fasilədən” sonra blokada altındakı Qəzzaya yanacaq axınını azaltmasının çoxlu insanın həyatına başa gələ biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, UNRWA Qəzza direktoru Tomas Uayt BBC-yə verdiyi açıqlamada “humanitar atəşkəs”in sona çatmasından sonra İsrailin Qəzzaya daxil olan humanitar yardım üçün ayrılan yanacaq miqdarını yüzdə 50 azaltdığını bildirib.
BMT rəsmisi xəbərdarlıq edib ki, bu vəziyyətin nəticələri Qəzzada bir çox insanın həyatı bahasına başa gələcək.
Gununsesi.info