BMT-dən xəbərdarlıq: Ərzaq böhranı artacaq

  • By admin
  • 07 Mart 2024 09:44

Birləşmiş Millətlər Təşkilatı 7 oktyabr 2023-cü ildən İsrailin hücumu və blokadası altında olan Qəzza zolağında ərzaq böhranının artacağı ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə müvəqqəti humanitar koordinatoru Ceyms Makqoldrik Qəzzanın şimalındakı vəziyyət, gigiyena və sağlamlıq şəraiti və qida çatışmazlığının cəmiyyətin ən həssas təbəqəsini vurduğunu deyib.  “Bu bölgələrdə ərzaq böhranının artacağını proqnozlaşdırmaq mümkündür”, – deyə o bildirib.

Sözügedən ölümləri müxtəlif mənbələrdən və xəbərlərdən izlədiyini bildirən Makqoldrik aclıqdan ölənlərin birincisi 14 günlük körpə olduğunu deyib.

O, xüsusilə Qəzzanın şimalındakı vəziyyətin, gigiyena və sağlamlıq şərtlərinin, qida çatışmazlığının cəmiyyətin ən həssas təbəqəsini vurduğunu vurğulayıb.

Makqoldrik buna BMT-nin Uşaq Fondu (UNICEF) və digər BMT təşkilatlarının hesabatlarında da işarə edildiyini qeyd edərək, ölüm hallarının qarşısının alına biləcəyini açıqlayıb.

Qəzzada 2 milyon 300 min insanın həyat şəraitinin dəhşətli olduğunu vurğulayan Makqoldrik atəşkəsə hazırlaşarkən, Rəfaha qarşı mümkün hərbi əməliyyat zamanı nə edəcəklərini də planlaşdırmalı olduqlarını bildirib.

Makqoldrik xroniki xəstəliklərin geniş yayıldığını, səhiyyə sisteminin diz çökdüyünü, təmiz su və gigiyena çatışmazlığının böyük problem yaratdığını bildirib.

“Biz Qəzzada qadınlar, uşaqlar, həssas qruplar və başqaları üçün çox şeyi qaydaya salmalıyıq” deyən Makqoldrik aclığın xüsusilə Qəzzanın şimalında böyük həddə çatdığını xəbərdar edib.

Makqoldrik humanitar yardımların artırılması lazım olduğunu, gündə ən az 300 yardım maşınına ehtiyac olduğunu, hətta 150 yardım maşınının hazırda Qəzzaya çətinliklə girdiyini bildirib.

Havadan göndərilən humanitar yardıma gəlincə, Makqoldrik onların faydalı olduğunu, lakin böyük ehtiyacları ödəmək üçün kifayət etmədiyini söyləyib.

Yardım yük maşınlarının hava atışlarından təqribən 10 qat daha çox yardım etdiyini ifadə edən McGoldrick, onların hava atışlarından fərqli olaraq ehtiyacı olanlara çatdırıldığını da bildirib.

Makqoldrik qeyd edib ki, havadan atılan yardımın bir hissəsi dənizə düşüb və həqiqətən ehtiyacı olanlar deyil, güclülər tərəfindən ələ keçirilib.

 

Gununsesi.info