BMT-dən növbəti anti Rusiya qətnaməsi

  • By admin
  • 24 Fevral 2023 09:01

Fevralın 23-də BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

193 ölkədən 141-i Rusiyanı Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən qoşunlarını dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

Qətnamənin əleyhinə 7 ölkə (Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya, Suriya) səs verib, 32 ölkə bitərəf qalıb.

Səsverməyə qatılmayan ölkələr içərisində Azərbaycan da var.

Ukrayna Prezidenti Vladimir Zelenski qətnaməyə səs verən ölkələrə təşəkkür edib.
“Bu qətnamə Ukraynaya qlobal dəstəyin güclü siqnalıdır. Rusiyanın genişmiqyaslı təcavüzünün ildönümü kontekstində qlobal cəmiyyətin Ukrayna xalqı ilə həmrəyliyinin güclü sübutudur və Sülh Formulasına qlobal dəstəyin güclü təzahürüdür” – Zelenski bildirib.

 

Mais

Gununsesi.info