BMT-dən Türkiyəyə çağırış - “AFRİNDƏKİ ƏMƏLİYYATLARA SON QOYULMALIDIR”

  • By admin
  • 21 Fevral 2018 08:00

Türkiyə Silahlı Qüvvələrin Suriyanın Afrin bölgəsində apardığı əməliyyata son qoyulmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu əməliyyatlara son qoyulmalıdır. Döyüşlərin sayı artdıqca köməyə ehtiyacı olan insanlara yardım imkanları azalır”, – deyə o bildirib.

Bundan əvvəl verilən xəbərə əsasən, Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib.

Gununsesi.info