BMT dünyaya səsləndi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər Koordinasiya Ofisi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT İnkişaf Proqramı ortaq bir açıqlama verərək beynəlxalq ictimaiyyətdən milyonlarla suriyalıya yardımların artırılmasını istəyib.

Gununsesi.info xəbər verir ki, açıqlamada suriyalıların getdikcə artan aclıq və yoxsulluqla üzləşdikləri və qonşu ölkələrin hər beş suriyalıdan 4-nə ev sahibliyi etdiyi vurğulanıb.

HTML tutorial

Bildirilir ki, ölkə daxilində və qonşu ölkələrdə köməyə ehtiyacı olan suriyalıların sayı bu il 20 milyondan 24 milyona çatıb.

2021-ci ildə suriyalıların ehtiyaclarını ödəmək üçün 10 milyard dollara ehtiyac olduğu vurğulanır.

Bunun 4,2 milyard dollarının Suriya daxilindəki, 5,8 milyard dollarının isə qonşu ölkələrdəki qaçqınlar üçün istifadə ediləcəyi vurğulanıb.

Gununsesi.info