BMT elan etdi: Uşaq öülmləri dəhşətli səviyyədədir

  • By admin
  • 13 Mart 2024 09:28

Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzzada öldürülən uşaqların sayının son 4 ildə dünya üzrə müharibələrdə ölən uşaqların ümumi sayından çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib.

O, X sosial şəbəkəsindəki səhifəsində İsrailin Qəzzaya hücumları nəticəsində ölən uşaqlardan danışıb.

Lazzarini İsrailin Qəzzada qətlə yetirdiyi uşaqlarla bağlı statistikanı “şok edici” adlandırıb.

UNRWA-nın baş komissarı Lazzarini də BMT və Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı məlumatlarından istifadə etməklə hazırlanmış, 7 oktyabr – 29 fevral tarixləri arasında Qəzzada öldürülən uşaqların sayını və keçmişdəki müharibələrdə ölən uşaqların sayını göstərən bir qrafik təqdim edib.

Qrafikdə son 4 ildə müharibələrdə öldürülən uşaqların sayı 12.193, Qəzzada öldürülən uşaqların sayı isə 12.300-ü keçib.

Lazzarini Qəzzanın uşaqları naminə dərhal atəşkəsə çağırıb.

 

Gununsesi.info