BMT humanitar dəhlizə görə ekspertlərini Moskvaya göndərdi

  • By admin
  • 08 Mart 2022 10:11

BMT Rusiyanın Müdafiə Nazirliyi ilə Ukraynada əhalinin çıxması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizləri müzakirə etmək üçün Rusiyaya ekspertlər göndərib.

Gununsesi.info “Interfax”a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits məlumat verib.

“Ekspertlər martın 8-də Rusiya Müdafiə Nazirliyində görüş üçün Moskvaya gedirlər. Onlar Rusiya hərbçiləri ilə birlikdə BMT-nin humanitar əməliyyatlarını genişləndirmək üçün mülki-hərbi koordinasiyanı yaxşılaşdırmaq üçün işləyəcəklər”, – məlumatda deyilir.

Gununsesi.info