BMT-in Baş Qərargahında yanğın – 2 min nəfər təxliyyə edildi

  • By admin
  • 18 İyul 2017 21:50

1567914940x531jpg
BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında otaqlardan birində yanğın çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı binada keçirilən Təhlükəsizlik Şurasının iclası dayandırılıb.

2 mindən çox insan binadan təxliyyə edilib.

Dərhal yanğına müdaxilə edilib və qısa zamanda söndürülüb. İştirakçılar binaya qayıdaraq iclası davam etdiriliblər.

Yanğının səbəbləri araşdırılır.

Gununsesi.info