BMT İranda insan haqlarının pozulduğu barədə qətnamə qəbul etdi

  • By admin
  • 20 Dekabr 2023 16:03

BMT-nin Baş Assambleyası dekabrın 19-u Kanadanın təklif etdiyi İranda insan haqlarının genişmiqyaslı pozulduğu barədə qətnaməni qəbul edib. 

Gunununsesi.info xəbər verir ki, qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf səsələ qəbul olunub.

Qətnamədə İranda qeyri-fars millətlərin, dini azlıqların hüquqlarının geniş miqyasda və sistematik pozulduğu qeyd olunub. İran hakimiyyətindən insan haqlarının hər hansı şəkildə pozulma faktlarına son qoyulması istənilib.

Həmçinin müxaliflərin işkəncə olunmaları, zalimcə, insanlığa zidd və təhqiredici cəzaların veirlməsi qınanılıb.

Baş Assambleya İranda digər insan haqlarının pozulduğunu qeyd edərək, həmçinin həbsxanaların yaxşı olmayan vəziyyətlərinə baxılımasını, qadın hüquqlarına riayət olunmasını tələb edib.

Gunununsesi.info