İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.
Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib.
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə kütləvi hava zərbələri endirir.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib. (“Report”)
Gununsesi.info