BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.