Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum cəsədin gizlədildiyini iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını və şəxsiyyətləri müəyyən edilə bilmədiyi və ya tapılması mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib.
Vilya, BMT-nin hava limanındakı naməlum cəsədlərdən narahat olduğunu ifadə edərək, “Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli peşəkarlar yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer yoxdur”,- deyə xəbərdarlıq edilib.
Lakin Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanında bir anbarda gizlədildiyi iddialarını rədd edərək, sözügedən məsələnin varlığından xəbərsiz olduqlarını açıqlayıb.
Cəsədlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Yerli KİV-in məlumatına görə, daha əvvəl Boqotadakı İtkin Şəxslərin Genetik Profilləri Bankında 8 min naməlum cəsədin tapıldığı, məlumat çatışmazlığı səbəbindən təhvil verilmədiyi və anbarlarda saxlanıldığı bildirilmişdi.
Orxan Saffari