
BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı silah embarqosunun müddətini uzadıb.
Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, silah embarqosunun uzadılması üzrə səsvermə BMT-nin saytında yayımlanırdı.
Bildirilir ki, səsvermə zamanı 2011-ci il qətnaməsinə və 2020-ci il yanvarın 19-da keçirilmiş Liviya üzrə Berlin konfransına uyğun olaraq 2019-cu il qətnaməsinin uzadılması barədə qərar qəbul edilib.
Beləliklə, Liviyaya qarşı silah embarqosu daha 12 ay müddətinə uzadılıb.