BMT missiyası növbəti dəfə Qarabağda

Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası növbəti dəfə Qarabağa gəlib.

Gununsesi.info xəbər verir ki, oktyabrın 9-da səhər saatlarında missiya üzvləri Ağdam-Əsgəran-Xankəndi marşrutu ilə yola düşüblər.

Qeyd edək ki, BMT missiyası bundan əvvəl oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi yerlərdə vəziyyətlə tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

BMT missiyası oktyabrın 1-də Qarabağa səfər etdikdən sonra ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” ilə bağlı iddialarını təkzib edib.

Gununsesi.info