BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Azərbaycan prezidentini təbrik edib

  • By admin
  • 28 Aprel 2018 16:00


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva Azərbaycan prezidenti İlham Əliyevi aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, Joze Qratsiano da Silva İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adından səmimi qəlbdən təbrik etməkdən şərəf duyduğunu bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Azərbaycan prezidentinə birgə məqsədlərə nail olmaqda, Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar diləyib.

Gununsesi.info