BMT-nin ali komissarı irqçi təhqirlərə məruz qalan qanalı futbolçunun hərəkətinə haqq qazandırdı

  • By admin
  • 01 May 2017 21:11

qana

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni irqçi təhqirlərə məruz qalan İtaliyanın “Peskara” klubunun futbolçusu Salli Muntarinin oyunu tərk etmək qərarını dəstəkləyib.

Gununsesi.info Reuters agentliyinə istinadən verdiyi xəbər verir ki, əl Hüseyni bu addımın  BMT-nin insan haqları üzrə idarəsinin bütün əməkdaşlarına ruhlandırıcı təsir göstərdiyini vurğulayıb.

Ötən gün İtaliya çempionatının 34-cü turunda, “Kalyari” – “Peskara” matçında irqçi insident yaşanıb. Oyunun son dəqiqələrində meydan sahiblərinin azarkeşləri Salli Muntariyə qarşı irqçi şüarlar səsləndirib.

Qanalı futbolçu bu barədə matçın baş hakiminə məlumat verib.

Buna cavab olaraq hakim S.Muntariyə sarı vərəqə göstərib. Futbolçu isə etiraz əlaməti olaraq meydanı tərk edib.

Gununsesi.info