BMT-nin Baş katibi Bərzaniyə məktub göndərdi – “PROBLEMLƏRİ HƏLL ET”

  • By admin
  • 05 Yanvar 2018 21:40

BMT-nin Baş katibi Antonio Quterres Bərzaniyə Ərbi və Bağdad arasındakı problemlərin həllinə dair məktub ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Quterres bu problemin həll edilməsi üçün danışıqlar aparmağın vacibiyini vurğulayıb.

Məktubda, həmçinin İŞİD-ə qarşı mübarizə, ərazidə sabitliyin qorunması və sülhün bərqərar olmasına dair məsələlərə də yer verilib.

BMT-dən məktub gəlməsi barədə informasiya Bərzani tərəfindən də təsdiqlənib.

Gununsesi.info