BMT-nin baş katibi Bəşər Əsədi təbrik etdi

  • By admin
  • 23 Aprel 2017 20:00

beser esed

BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.

APA-nın məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.

BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının  qorunmasına  töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib.

 

Gununsesi.info