BMT-nin Baş katibi: Dünyada islamofobiyanın geniş vüsət alması böyük narahatlıq doğurur

  • By admin
  • 17 Fevral 2020 19:55

Dünyada islamofobiyanın ildən-ilə geniş vüsət alması böyük narahatlıq doğurur və bu, yolverilməzdir.

Gununsesi.org xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Pakistana səfər edərkən deyib. O bildirib ki, silahlı münaqişə nəticəsində evini, işini və doğmalarını itirərək Avropaya mühacirət edən müsəlmanlar zorakılıq və qanunsuzluqlarla üz-üzə qalırlar. Bir çox hallarda müsəlman miqrantları radikal yönümlü siyasi partiya tərəfdarlarının hücumuna məruz qalırlar. Bütün bunlar müasir dünyaya yaraşmayan hallardır və bunlara son qoymaq lazımdır.

BMT-nin Baş katibi nəzərə çatdırıb ki, bəzi ekstremist siyasətçilər seçkilərdə çox səs toplamaq naminə miqrantları alətə çevirirlər. Onlar təhlükəsizliyin və iqtisadi problemlərin yaranma səbəbini müsəlman miqrantlarda görür və bunu açıq bəyan edirlər. Nəticədə sadə insanlar həmin siyasətçilərə inanan miqrantlara basqın edir və bəzən isə qətlə yetirirlər.
Antonio Quterreş bu fikirləri Avropa və ABŞ-da İslam dinini məhdudlaşdıran qanunların qəbul edilməsindən sonra söyləyib. Həmin qanunlara əsasən baş örtüyü ilə yanaşı, dini ayinlərin də yerinə yetirilməsi məhdudlaşdırılıb.

 

 

Gununsesi.org