BMT-nin Baş katibi Kabildəki terror aktına münasibət bildirib

  • By admin
  • 28 Yanvar 2018 10:42

BMT-nin baş katibi Antoniu Quterriş Kabildə törədilən terror aktını qınayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Quterrişin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Bu cür hücumlar insan haqlarını kobud şəkildə pozur və heç vaxt bəraət qazana bilməz”, deyə Düjarrik bildirib. Baş katib həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 158 nəfər yaralanıb.

Gununsesi.info