Bolqarıstanın Baş naziri Boyko Borisov avrokomissar Kristalina Georgiyevanın BMT-nin baş katibi postuna namizədliyinin irəli sürüldüyü barədə məlumat verib.
Gununsesi.info Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Georgiyeva bundan əvvəl Bolqarıstan hökuməti tərəfindən irəli sürülən namizədi – UNESCO-nun Baş direktoru İrina Bokovanı əvəz edəcək.
Bir qədər əvvəl Borisov Bolqarıstanın BMT-nin başçısı postuna keçirilən seçkilərdə aralıq səsverməsinin nəticəsinə görə birinci və ya ikinci yeri tutacağı təqdirdə Bokovanın namizədliyini dəstəkləyəcəyini bildirmişdi. Sentyabrın 26-da baş tutan səsvermənin nəticəsinə əsasən Bokova namizədlər arasında yalnız 6-cı yeri tuta bilib.
Xatırladaq ki, qurumun Baş katibi postuna seçkilər iyul ayında BMT-nin Təhlükəsizlik Şurasında başlayıb. Bağlı qapılar arxasında keçirilən seçkilər mərhələli şəkildə bir neçə ay davam edəcək.
Gununsesi.info