BMT-nin Baş katibi Antonio Quterres blokada altındakı Qəzza zolağında humanitar atəşkəs məsələsi ilə bağlı “təzyiq tətbiq etməkdə” davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasını “Anadolu” agentliyinə şərh edərkən deyib.
Düjarrik qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarı “qeyd edib”.
“Baş katibin humanitar atəşkəs və Qəzzaya humanitar giriş məsələsi ilə bağlı təzyiqi mümkün olan ən güclü şəkildə davam edəcək”, – deyə o bildirib.
Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının blokada altındakı Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub.
Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.
Dekabrın 6-da BMT-nin baş katibi Quterreş vəzifədə olduğu müddətdə ilk dəfə olaraq öz səlahiyyətlərindən istifadə edərək BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, BMT Təhlükəsizlik Şurasına müvafiq məktub göndərib.
Gununsesi.info