BMT-nin baş katibi: Qəzzada 36 xəstəxanadan 16-sı fəaliyyət göstərir

  • By admin
  • 24 Yanvar 2024 11:18
quttereş

Qəzzanın 36 xəstəxanasından yalnız 16-sı qismən fəaliyyət göstərir ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreş X sosial media platformasında qeyd edib.

“Qəzzanın 36 xəstəxanasından yalnız 16-sı hətta qismən də işləyir. Səhiyyə sistemi çökdükcə xəstəliklər yayılır. Qəzzalıların amansız bombardman nəticəsində ölmə və ya yaralanma riski ilə yanaşı, yoluxucu xəstəliklərə yoluxma ehtimalı da artır”, o yazıb.

Gununsesi.info