“Qırmızı dənizdə gərginlik çox yüksək səviyyədədir və vəziyyət tezliklə nəzarətdən çıxa bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Baş katibi Antoniu Quterreş məlumat verib.
“Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və tezliklə onu cilovlamaq mümkün olmayacaq”-deyə, o bildirib.
Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalardan ciddi narahatlığını ifadə edib:
“Atışmalar İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək. Tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıram”.
Gununsesi.info