BMT-nin baş katibi: Rusiyanın Ukraynaya müdaxiləsi kollektiv vicdana təhqirdir

  • By admin
  • 24 Fevral 2023 10:44

Rusiyanın Ukraynaya təcavüzünün ilk ili tamam oldu/

Dünən  Birləşmiş Millətlər Təşkilatının (BMT)Rusiyanın Ukraynaya təcüvüzünü pisləyən, qoşunlarını Ukraynada çıxarmağa səsləyən qətnamə qəbul edib.

HTML tutorial

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, BMT baş katibi Antonio Guterres, işğalın insanlığın kollektiv vicdanına təhqir olduğunu söyləyib:

“Bu müharibə regional sabitliyi təhdid edir, qlobal gərginliyi və parçalanmaları artırır və diqqətimizi qlobal böhranlara yönəltməyə mane olur”.

Müharibə boyu nüvə silahından istifadənin böyük təhlükə olduğunu bildirən Quterreş, “Biz uçurumun kənarından qayıtmalıyıq” dedi.

“Onlara göz yummaq yalnız böhranı daha da dərinləşdirəcək. Bu, əhdimizdə təcəssüm olunan prinsipləri məhv edəcək”.

 

Afət Abbasova

Gununsesi.info