BMT-nin baş katibindən bu quruma islahat ÇAĞIRIŞI

  • By resul
  • 16 Sentyabr 2023 09:01
quttereş

BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var.

Gununsesi.info xəbər verir ki, bunu Kubada keçirilən Qrup 77 və Çin sammitində çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. “Ancaq eyni zamanda, bu, sülh və ədalətə zəmanət vermir. Bunun üçün güclü və effektiv beynəlxalq institutlar lazımdır”, – o deyib.

“Lakin indiki qurumların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və Bretton Woods maliyyə sisteminin institutları çoxdan keçmiş dövrü əks etdirir”, – Quterreş bildirib.

O, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının tərkibi bir çox inkişaf etməkdə olan ölkələrin müstəmləkəçilik tərəfindən buxovlandığı və öz adından danışmaq hüququnun olmadığı bir vaxtda qalıb.

Səid
Gununsesi.info