BMT-nin baş katibindən ÇAĞIRIŞ: “Yanlış üsuldur…”

quttereş

Bu il qarşıdurmalarda ölən uşaqların sayı yüzlərlə olub, Qəzza zolağında isə artıq qısa müddət ərzində minlərlə uşaq öldürülüb.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, bu, İsrail ordusunun Fələstin anklavında istifadə etdiyi hərbi üsulların yanlışlığının bariz sübutudur.

O, həmçinin Həmas tərəfindən saxlanılan girovların “təcili və qeyd-şərtsiz” azad edilməsinə çağırıb.

Onun sözlərinə görə, bu məqsədlə BMT “Qətər kimi nüfuzlu ölkələrlə” əlaqə saxlayır.

Quterreş vurğulayıb ki, hazırkı vəziyyətdə Qəzzaya humanitar yardımın çatması əsas əhəmiyyət kəsb edir. “Əvvəllər gündə 500 humanitar yardım maşını Qəzzaya daxil olduğu halda, son 18 gündə cəmi 630-u daxil olub. İndiyə qədər çox az yardım göstərilib”, – deyə o bildirib.

Baş katib xatırladıb ki, Qəzzaya yanacağın idxalı hələ də qadağandır.

Quterreş Qəzza zolağına su, qida və dərman təchizatı ilə bağlı davam edən ciddi problemlərə də işarə edib.

Gununsesi.info