BMT-nin Baş katibindən Novruz təbriki

  • By admin
  • 21 Mart 2022 10:09

BMT Baş katibi Antonio Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Baş katib tvitterdəki paylaşımında bunları qeyd edib:

“Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin, Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq və planetimizi qorumaq öhdəliyimizi təzələyək.

Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm”.

Gununsesi.info