BMT-nin mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı HƏMAS-dan girovların azad olunmasını tələb edir

  • By ilhame
  • 24 Oktyabr 2023 22:12

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı əllərində şüarlar və İsrail bayraqları ilə HƏMAS-dan girovların azad edilməsi tələbi ilə nümayiş keçirib.

Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.

Nümayiş iştirakçıları “Onları evə gətirin!”, “Biz İsrailin yanındayıq” şüarları səsləndiriblər.

Etiraz BMT Təhlükəsizlik Şurasında bir sıra ölkələrin, o cümlədən İsrail, Fələstin, Almaniya, ABŞ və Fransanın xarici siyasət idarələsi rəhbərlərinin iştirak etdiyi Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirəyə təsadüf edib.

Gununsesi.info