
4 iyul tarixində Füzuli rayonun Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zərha Quliyevanın Ermınistan Respublikasının silahlı qüvvələri tərəfindən açılmış minomyot atəşi nəticəsində həlak olmaları, habelə eyni kənd sakini Sərfinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar cari ilin iyul ayının 7-də yerli vaxt ilə saat 16:00-da DN-in təşkilatçılığı ilə Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association”, “Azerbaijani American Women Asscociation of New York” və digər fəal gənclərin iştirakı ilə BMT-nin mənzil qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, iki saat ərzində davam etmiş aksiya təxminən 45-50 nəfər şəxsin iştirakı ilə baş tutub. Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığışmış əcnəbi diplomatlara nümayiş edib, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırım günahkarıdır!” şüarlarını səsləndirib, hadisə ilə bağlı əvvəlcədən hazırlanmış bukletlər əcnəbilərə paylayıb, baş vermiş faciə barədə ətraflı məlumat veriblər, çıxışlar ediblər.
Gununsesi.info