BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı məsuliyyətə cəlb olunacaq - Antonio Quterreş

  • By ilhame
  • 28 Yanvar 2024 10:07

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarına qarşı HAMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.

 

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

 

“BMT agentliyin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başladı” – baş katibin bəyanatında deyilir.

 

Quterreşin qeyd etdiyi kimi, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

 

“BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, – o vurğulayıb.

Gununsesi.info