BMT-nin yeni baş katibi oktyabrın 13-də seçiləcək

  • By Mayil
  • 11 Oktyabr 2016

qutteris

Oktyabrın 13-də BMT-yə üzv dövlətlər təşkilatın Baş katibi postuna Portuqaliyanın sabiq baş naziri Antonio Qutterişin namizədliyinə səs verəcəklər. Bununla da təşkilatın yeni rəhbəri təyin olunacaq.

Gununsesi.info RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, BMT Baş Assambleyasının sədri Piter Tomson üzv dövlətlərin diplomatik missiyalarına müvafiq məktub ünvanlayıb. Məktubda deyilir ki, Baş katibin təyin olunması oktyabrın 13-də saat 10:00-da (Bakı vaxtilə saat 18:00) elan ediləcək.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın Baş katibi postuna Antonio Qutterişin vahid namizədliyini rəsmi olaraq irəli sürüb.

Gununsesi.info