BMT növbədənkənar iclas keçirəcək

  • By admin
  • 27 Mart 2021 09:44

BMT Təhlükəsizlik Şurası martın 30-u Koreya Xalq Demokratin Respublikasının raket sınaqları ilə əlaqədar növbədənkənar qapalı iclas keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS”a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.

Mənbənin məlumatına görə, müvafiq məsləhətləşmələri Təhlükəsizlik Şurası üzvləri (Fransa, İngiltərə, Estoniya, İrlandiya, Norveç) adından Fransa istəyib.

İclasın martın 30-da qapalı formatda keçiriləcəyi gözlənilir.

Gununsesi.info