BMT nüvə silahının hərtərəfli qadağasını təsdiqlədi

  • By admin
  • 08 İyul 2017 19:29

bmt (1)
AzPolitika.info xarnici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi konfransının iştirakçıları nüvə silahının hərtərəfli qadağan olunmasını nəzədə tutan müqavilənin «qaralama»sını razılaşdırıblar.
Sənədə görə, tərəflər öhdəlik götürürlər ki, heç bir halda nüvə silahı işlənməsini inkişaf etdirməyəcəklər, sınaqdan keçirməyəcəklər, istehsal etməyəcəklər, əldə etməyəcəklər, ona sahib olmayacaqlar, ondan istifadə etməyəcəklər və nüvə silahının və ya nüvə-partlayıcı qurğuların tətbiqi ilə hədələməyəcəklər.
Sənəd, sentyabrın 20-dən başlayaraq, imzalanmaq üçün açıq olacaq və əgər 90 gün ərzində onu 50 ölkə onu ratifikasiya etsə, qüvvəyə minəcək.
«Azadlıq Radiosu» qeyd edir ki, müqavilə mart ayından hazırlanmağa başlanıb. Bu zaman hökumətlərarası danışıqlar nüvə gücü ölkələrinin – Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın iştirakı olmadan keçirilib.

Gununsesi.info