Qəzza zolağının demək olar ki, bütün əhalisinin ərzaq yardımına ehtiyacı var və eksklav əhalisinin dörddə biri aclıq astanasındadır.
Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun müavini Mauritsio Martin deyib.
“Münaqişəyə görə Qəzzalılar bu gün ciddi ərzaq çatışmazlığı və yüksək aclıq riski ilə üzləşirlər”, – deyə o bildirib.
Onun sözlərinə görə, kəskin ərzaq təhlükəsizliyi təsnifatına (IPC) görə, təxminən 380 min qəzzalı fəlakətli vəziyyətdədir.
O qeyd edib ki, İsrailin oktyabrın 9-dan tətbiq etdiyi blokada regiona ərzaq, elektrik enerjisi və yanacağın tədarükünün ya tamamilə dayandırılmasına, ya da məhdudlaşdırılmasına, həmçinin su təchizatında ciddi fasilələrə səbəb olub.
Gununsesi.info